Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Etibarlı gömrük: şəffaf idarəetmə və ictimai nəzarət mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib

“Etibarlı gömrük: şəffaf idarəetmə və ictimai nəzarət mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Etibarlı gömrük: şəffaf idarəetmə və ictimai nəzarət mexanizmləri” mövzusunda tədbir keçirilib.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən tədbirdə vətəndaş cəmiyyətinin - biznes assosiasiyalarının və birliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gömrük əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Zakir Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edərək korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları, bu sahədə risklərin müəyyən edilməsi, ictimai iştirakçılığın və nəzarətin təmin olunması istiqamətində ölkəmizdə, o cümlədən gömrük sistemində həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Bildirilib ki, bu sahədə uğurlu nəticələrin əldə edilməsində dövlət və cəmiyyət institutları arasında əməkdaşlığın gücləndirilməsi, şəffaflığın, hesabatlılığın təmin edilməsi xüsusu əhəmiyyət daşıyır.

Qeyd olunub ki, korrupsiyanı yaradan halların aradan qaldırılması məqsədilə gömrük əməliyyatlarında insan amilinin minimuma endirilməsi, subyektivliyin aradan qaldırılması, qərarvermə proseslərinin avtomatlaşdırılması, etik davranış qaydalarının gömrük əməkdaşlarının fəaliyyətində əsas prinsip kimi qəbul olunması istiqamətində qətiyyətli addımlar atılır.

Daha sonra “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi: şəffaf idarəetmə, ictimai etimad və vətəndaş iştirakçılığı”, Dövlət Gömrük Komitəsi İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov “Dövlət Gömrük Komitəsi sistemində dürüstlüyün tətbiqi məsələləri” adlı təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb, müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 İyun 2026 16:26
195