DGKA tələbələri İT sahəsi üzrə beynəlxalq sertifikatlar qazanıblar
DGKA tələbələri İT sahəsi üzrə beynəlxalq sertifikatlar qazanıblar
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri İT sahəsi üzrə növbəti beynəlxalq sertifikatları əldə ediblər.
“İnformasiya təhlükəsizliyi” ixtisasının tələbələri Mobil Mərdi beynəlxalq səviyyədə tanınan eCTHP (Certified Threat Hunting Professional), Milana Suvarova CRTA (Certified Red Team Analyst), Aqşin Bayramov C3SA (Certified Cyber Security Analyst) və BTF (Blue Team Fundamentals), Cahangir Əliyev CCNA (Cisco Certified Network Associate), “İnformasiya texnologiyaları” ixtisasının tələbələri Ləman Əyyubova CCNA (Cisco Certified Network Associate) Kənan Əkbərov isə Oracle Certified Foundations Associate sertifikatını qazanıblar.
Sertifikatlar tələbələrin kibertəhlükəsizlik və şəbəkə təhlükəsizliyi sahəsində praktik bilik və bacarıqlarını təsdiqləməklə yanaşı, onların beynəlxalq peşəkar mühitdə tanınmasına da şərait yaradır.
Xatırladaq ki, 2025/2026-cı tədris ili ərzində ümumilikdə Akademiyanın 17 tələbəsi İT sahəsi üzrə müxtəlif beynəlxalq sertifikatlar qazanıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi