Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Heydər Əliyev Mərkəzini ziyarət edib və gömrük orqanlarının fəaliyyəti ilə tanış olub

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Heydər Əliyev Mərkəzini ziyarət edib və gömrük orqanlarının fəaliyyəti ilə tanış olub

İyulun 14-də Ümumdünya Gömrük Təşkilatının  Baş katibi Yan Sanders ölkəmizə səfəri çərçivəsində Bakı Baş Gömrük İdarəsində və Abşeron Logistika Mərkəzində olub.

Baş katibə müasir gömrük rəsmiləşdirilməsi prosesləri və rəqəmsal xidmətlər, ölkəmizin logistika və təchizat zənciri imkanları, müasir anbar və yük emalı infrastrukturu, gömrük-logistika inteqrasiyası, eləcə də beynəlxalq ticarət və tranzit əməliyyatlarının səmərəli təşkili istiqamətində həyata keçirilən yeniliklər və təkmilləşdirilmələr barədə məlumat verilib.

ÜGT Baş Katibi təmsil etdiyi qurumun Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində fəaliyyətin təşkili ilə yaxından tanış olub, prioritet istiqamətlər, gələcək hədəflər barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində ÜGT rəhbəri Heydər Əliyev Mərkəzini də ziyarət edib. Qonağa dahi rəhbərin həyat və fəaliyyəti, eyni zamanda mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Həmçinin Yan Sanders “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 İyul 2026 19:47
195