Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Dövlət Gömrük Komitəsi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) arasında görüş keçirilib.

“Azərbaycanda gömrük sahəsində modernləşmə: cari prioritetlər, biznesin hazırlığı və beynəlxalq təcrübə”  mövzusunda keçirilən görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov çıxış edərək  gömrük-biznes əməkdaşlığı çərçivəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, biznes nümayəndələri üçün şəffaf fəaliyyət mühitinin formalaşdırılmasının, xidmətlərin əlçatanlığının təmin edilməsinin gömrük xidmətinin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların sadələşdirilməsi, rəqəmsal həllərin, süni intellektin tətbiqinin genişləndirilməsi istiqamətində innovativ layihələr tətbiq olunur və həyata keçirilən bütün bu layihələrin məqsədi məhz biznes nümayəndələrinə daha rahat və münbit şəraitin yaradılmasıdır.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) Azərbaycanın İdarə heyətinin sədri Emin İlyas, AHK Azərbaycanın İdarə Heyətinin sədr müavini Günel Sədiyeva da tədbirdə çıxış edərək bu kimi görüşlərin gömrük-biznes əməkdaşlığının, qarşılıqlı etimadın daha da gücləndirilməsinə şərait yaratdığını bildiriblər.

Daha sonra “Gömrük işi sahəsində yeniliklər və onların biznes üçün praktiki əhəmiyyəti” və “Ticarətin asanlaşdırılması vasitəsi kimi gömrük qanunvericiliyinə və tələblərinə riayət edilməsi: qanunvericilik və təcrübə” mövzularında təqdimatlar nümayiş etdirilib.

Tədbirin sonunda Dövlət Gömrük Komitəsi sədrinin və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən panel müzakirədə biznes nümayəndələrini maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, onları sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 İyul 2026 10:35
195