Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Poçt və Ekspres Daşımalar” gömrük postunda sahibkarlarla növbəti görüş keçirilib

“Poçt və Ekspres Daşımalar” gömrük postunda sahibkarlarla növbəti görüş keçirilib

“Poçt və Ekspres Daşımalar” Gömrük Postunda “Gömrük sahəsində həyata keçirilən islahatlar, gömrük hüquqpozmalarının profilaktikası və könüllü riayətetmənin təşviqi” mövzusunda sahibkarlarla maarifləndirici görüş keçirilib. Görüş  Dövlət Gömrük Komitəsinin gömrük-biznes tərəfdaşlığının inkişaf etdirilməsi, sahibkarlarla açıq dialoqun təşviqi və gömrük qanunvericiliyinə könüllü riayətetmə səviyyəsinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində təşkil olunub.  

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin əsas məqsədi hüquqpozmalara görə məsuliyyət tədbirlərinin tətbiqindən daha çox onların qarşısının alınması, sahibkarların bu sahədəki məlumatlılığının, könüllü riayətetmə səviyyəsinin daha da artırılmasıdır.

Görüşdə sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 İyul 2026 18:04
195