Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində müşavirə keçirilib

Dövlət Gömrük Komitəsində müşavirə keçirilib

İyulun 20-də Dövlət Gömrük Komitəsində 2026-cı ilin birinci yarımillik fəaliyyətinin nəticələrinə həsr olunan müşavirə keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov çıxış edərək gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, prosedurların sadələşdirilməsi eləcə də rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov tərəfindən 2026-cı ilin birinci yarımillik fəaliyyətinin göstəricilərinə dair təqdimat nümayiş etdirilib.

Daha sonra müşavirədə Daxilolmalara Nəzarət və Rəqəmsal İdarəetmə baş idarələri, Xidmət Keyfiyyətinə Nəzarət və Biləsuvar gömrük idarələri tərəfindən  görülən işlərlə bağlı  məruzələr dinlənilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 İyul 2026 20:17
195