Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

300 ədəd mobil telefon aşkar edildi

300 ədəd mobil telefon aşkar edildi

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində mobil telefonların qanunsuz yolla gömrük sərhəddindən keçirilməsinin qarşısı alınıb.

İdarənin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisinə yüksüz gələn nəqliyyat vasitəsinə  gömrük baxışı keçirilib.

Bu zaman nəqliyyat vasitəsinin qoşqu hissəsində gömrük orqanına bəyan edilməyən  300 ədəd  mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 İyul 2026 10:53
195