Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Səlahiyyətli iqtisadi operator proqramının tətbiqi üzrə təcrübələr müzakirə edilib

Səlahiyyətli iqtisadi operator proqramının tətbiqi üzrə təcrübələr müzakirə edilib

Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının əməkdaşları arasında onlayn görüş keçirilib.

Səlahiyyətli iqtisadi operator proqramının tətbiqi üzrə təcrübə mübadiləsi məqsədilə təşkil olunan görüşdə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının nümayəndələri təqdimatla çıxış ediblər. Təqdimat zamanı proqramın hüquqi əsasları, tətbiq meyarları, audit və monitorinq mexanizmləri, həmçinin cari ilin statistik göstəriciləri barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 İyul 2026 10:46
195