Ümumdünya Gömrük Təşkilatının rəsmi saytında Baş katib Yan Sandersin Azərbaycana səfəri ilə bağlı məqalə dərc olunub
Ümumdünya Gömrük Təşkilatının rəsmi saytında Baş katib Yan Sandersin Azərbaycana səfəri ilə bağlı məqalə dərc olunub
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Yan Sandersin Azərbaycana səfəri ilə bağlı təşkilatın rəsmi internet səhifəsində məqalə dərc olunub.
Məqalədə ÜGT Baş katibinin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovla keçirdiyi görüşlərdən bəhs olunub, ÜGT ilə əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Yazıda Azərbaycan gömrük xidmətinin müasirləşdirilməsi istiqamətində əldə etdiyi mühüm nailiyyətlər yüksək qiymətləndirilib. Həmçinin Dövlət Gömrük Komitəsinin rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi tədbirlərin uğurlu nəticələri xüsusi vurğulanıb.
Bundan əlavə, məqalədə Azərbaycan gömrük xidmətinin hüquq-mühafizə sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də dünya gömrük ailəsinin fəal üzvü kimi təşkilatın üç regional qurumuna ev sahibliyi etməsi, azərbaycanlı gömrük əməkdaşlarının ÜGT ekspertləri olaraq fəaliyyəti yüksək qiymətləndirib.