Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev bildirib ki, görüşün məqsədi gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsı ilə bağlı həyata keçirilən islahatlar, yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaqdır.
Daha sonra gömrük sahəsində həyata keçirilən yeniliklərlə bağlı təqdimat keçirilib.
Sonda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi