Braziliya gömrük xidmətinin rəhbəri Ələt Azad İqtisadi Zonasında, Sumqayıt Texnologiyalar Parkında və gömrük orqanlarında olub (Yenilənib)
Braziliya gömrük xidmətinin rəhbəri Ələt Azad İqtisadi Zonasında, Sumqayıt Texnologiyalar Parkında və gömrük orqanlarında olub (Yenilənib)
Azərbaycana səfəri çərçivəsində Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho iyulun 28-də Ələt Azad İqtisadi Zonasında olub.
Qonaq Ələt Azad İqtisadi Zonasının müasir logistika və sənaye infrastrukturu, gömrük və ticarətin asanlaşdırılması mexanizmləri barədə xüsusi təqdimat əsasında ətraflı məlumatlandırılıb, eləcə də Azad və Xüsusi İqtisadi Zonalar Üzrə Gömrük İdarəsində fəaliyyətin təşkili ilə yaxından tanış olub.
***
Sonra Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho Bakı Baş Gömrük İdarəsinə səfər edib.
Burada müasir gömrük rəsmiləşdirilməsi prosesləri və rəqəmsal xidmətlər barədə xüsusi təqdimatla qonağa ətraflı məlumat verilib, gömrük əməliyyatları əyani şəkildə izlənilib.
***
Səfər çərçivəsində Braziliya gömrük xidmətinin rəhbəri Sumqayıt Texnologiyalar Parkının müasir istehsal infrastrukturu, texnoloji imkanları, innovativ istehsal prosesləri və yüksək texnologiyalı sənaye məhsullarının istehsalı ilə də tanış olub.
Daha sonra Sumqayıt Gömrük İdarəsinə gələn Fabiano Koelho son dövrlərdə həyata keçirilən innovativ layihələrin tətbiqi barədə məlumatlandırılıb, xidmətin təşkili prosesini izləyib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi