Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sərnişin və Yük daşımalarına Nəzarət Qlobal Proqramı çərçivəsində regionlararası iclas keçirilir

Sərnişin və Yük daşımalarına Nəzarət Qlobal Proqramı çərçivəsində regionlararası iclas keçirilir

İyulun 28-də Özbəkistan Respublikasnın Daşkənd şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının Sərnişin və Yük daşımalarına Nəzarət Qlobal Proqramı (PCCP) çərçivəsində 11-ci siyasi səviyyəli regionlararası iclas öz işinə başlayıb.

Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, ABŞ Dövlət Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhədlərin Təhlükəsizliyinin Təmin edilməsi Proqramı (EXBS), Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanın gömrük və digər müvafiq səlahiyyətli dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin  nümayəndə heyətinin rəhbəri, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı çıxış edərək Azərbaycan gömrüyünün beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi sahəsindəki səyləri, o cümlədən narkotiklərin və digər hüquqpozma predmetlərinin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətindəki fəaliyyəti barədə məlumat verib. Həmçinin gömrük sistemində həyata keçirilən islahatlar, rəqəmsal transformasiya və yeni texnologiyaların tətbiqi sahəsindəki təcrübə və əldə edilən nailiyyətlər iclas iştirakçılarının diqqətinə çatdırılıb, Orta Dəhlizin təhlükəsizliyinin təmin edilməsində gömrük orqanlarının birgə fəaliyyətinin vacibliyi vurğulanıb.

İyulun 30-dək davam edəcək iclasda PCCP-nin 2025-ci il üzrə qlobal icmalı və əsas nəticələri, Mərkəzi Asiya, Pakistan, Qara dəniz və Cənubi Qafqaz regionlarında Proqramın icrası üzrə əldə olunan irəliləyiş, nəticələr və tövsiyələr, Gömrük və Liman Nəzarət Qruplarının Regionlararası Şəbəkəsi (İREN) çərçivəsində həyata keçirilmiş beynəlxalq əməliyyatlar, ticarət asanlaşdırılması və hüquq-mühafizə fəaliyyətlərinin balanslaşdırılması, özəl sektorla tərəfdaşlıq və digər məsələlərin müzakirəsi panlaşdırılır.

Eləcə də Özbəkistan gömrük xidmətinin Mərkəzi Gömrük Laboratoriyası, Gömrük Rəsmiləşdirilməsi Mərkəzi və Hədəfləmə Mərkəzinin fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 İyul 2026 15:10
195