Braziliya gömrük xidmətinin rəhbəri Dövlət Gömrük Komitəsinin Akademiyasında və Kinoloji Mərkəzdə olub
Braziliya gömrük xidmətinin rəhbəri Dövlət Gömrük Komitəsinin Akademiyasında və Kinoloji Mərkəzdə olub
Azərbaycana səfəri çərçivəsində Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho iyulun 30-da Dövlət Gömrük Komitəsinin Akademiyasında olub. Fabiano Koelhoya Akademiyanın yaranma tarixi, tədris istiqamətləri barədə məlumat verilib, gömrük təhsili, peşə hazırlığı və institusional inkişaf istiqamətində görülən işlərə dair təqdimat nümayiş etdirilib. Qeyd olunub ki, dünyanın tanınmış təhsil ocaqları ilə səmərəli əməkdaşlıq münasibətləri quran Akademiya qısa zaman kəsiyində ölkənin qabaqcıl təhsil ocaqlarından birinə çevrilib.
Daha sonra Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzini ziyarət edən qonağa qurumun fəaliyyəti, kinoloji xidmət itlərinin yetişdirilməsi üçün yaradılan şərait, əldə olunan nailiyyətlər barədə məlumat verilib, xidməti itlərin hazırlanması, gömrük nəzarətində tətbiqi və təlim prosesi nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi