Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib

İyulun 30-da İran İslam Respublikasının Biləsuvar şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və İran İslam Respublikası İqtisadiyyat və Maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüş zamanı praktiki əməkdaşlıq imkanları əsasında nəqliyyat vasitələrinin keçid məntəqələrindən sinxron buraxılması, eləcə də elektron məlumat mübadiləsinin həyata keçirilməsi, operativlik və gələcək əməkdaşlığın əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tranzit prosedurları, o cümlədən, Azərbaycandan İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkət edən yük nəqliyyat vasitələrinin sürətli keçidi məqsədilə hərəkət intensivliyinə dəstək göstərilməsi məsələləri müzakirə edilib və istiqamətlər müəyyən olunub.Tədbirin sonunda görüşün protokolu imzalanıb.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının ərazisindəki Biləsuvar gömrük postunun, İran nümayəndə heyəti isə Azərbaycan Respublikası Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 İyul 2026 17:41
195