Azərbaycan və Braziliya gömrük xidməti əməkdaşları arasında görüş keçirilib
Azərbaycan və Braziliya gömrük xidməti əməkdaşları arasında görüş keçirilib
İyulun 31-də Azərbaycan və Braziliya gömrük xidməti əməkdaşları arasında onlayn görüş keçirilib.
İki ölkənin gömrük xidmətləri arasında imzalanan “2026-2027-ci illər üzrə Birgə Gömrük Əməkdaşlığı Planı”na əsasən reallaşan görüş institusional tərəfdaşlığın möhkəmləndirilməsi, innovativ və risk əsaslı gömrük yanaşmalarının tətbiqinin təşviqi məqsədilə təşkil edilib.
Görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın gücləndirilməsi, elektron ticarət və gömrük risklərinin idarə olunması, ixrac prosedurları və əvvəlcədən elektron məlumat mübadiləsi, gömrük rəsmiləşdirilməsindən sonrakı audit, gömrüyün hüquq-mühafizə fəaliyyətinə dair və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Daha sonra məlumatlara əsaslanan (data driven) qərarlar, əqli mülkiyyət hüquqlarının qorunması (IPR), ixrac bəyannamələri və digər aidiyyəti mövzularda təqdimatlar nümayiş etdirilib, bu sahədə əldə olunan qabaqcıl təcrübələr bölüşülüb.
Görüşün sonunda mövzular ətrafında fikir mübadiləsi aparılıb, tərəfləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi