Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib
Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib
Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü ilə gömrük-biznes əməkdaşlığı çərçivəsində “Badamlı Mineral Sular” MMC-də görüş keçirilib.
“Badamlı Mineral Sular” MMC-nin içraçı direktoru Azad Həsənov müəssisə haqqında, o cümlədən istehsal prosesinin mərhələləri, məhsul çeşidləri, istehsal gücü və həcmi barədə məlumat verib.
Görüşdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklərdən bəhs edib, xidmət səviyyəsinin, şəffaflığın yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda biznes nümayəndələrinin rəy və təklifləri dinlənilib, suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi