Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Gömrük-biznes əməkdaşlığı çərçivəsində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Gömrük sistemində tətbiq edilən yeniliklər, həyata keçirilən layihələrlə bağlı xarici ticarət iştirakçılarının məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev çıxış edərək ticarətin asanlaşdırılması, gömrük əməliyyatların sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi, xidmət səviyyəsinin, şəffaflığın yüksəldilməsi istiqamətində atılan addımlar və hədəflərdən bəhs edib.
Daha sonra gömrük sistemində tətbiq edilən yeniliklər və layihələrlə bağlı təqdimat nümayiş etdirilib, biznes nümayəndələrini maraqlandıran aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi