Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib
Gömrük-biznes əməkdaşlığı çərçivəsində Dövlət Gömrük Komitəsinin və Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının nümayəndələri arasında görüş keçirilib.
Görüşdə poçt daşımaları və elektron ticarət göndərişləri üzrə gömrük əməliyyatlarının təkmilləşdirilməsi, rəqəmsal həllərin və avtomatlaşdırılmış yoxlama mexanizmlərinin genişləndirilməsi, eləcə də yeni layihələrin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin elektron ticarət sahəsində bəyanetmə qaydaları, bağlamalar üzərində gömrük nəzarəti və rəsmiləşdirilməsi, həmçinin “Etibarlı Tərəfdaş Konsepsiya”sı ətrafında fikir mübadiləsi aparılıb, assosiasiya nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi