“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarına təlim keçirilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarına təlim keçirilib
Dövlət Gömrük Komitəsi tərəfindən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları üçün təlim keçirilib. Təlim Səlahiyyətli İqtisadi Operator (SİO) statusunun əldə edilməsinə hazırlığın təmin edilməsi, SİO statusu üçün müəyyən edilmiş tələblər barədə məlumatlılığın artırılması və bu istiqamətdə metodiki dəstəyin göstərilməsi məqsədilə təşkil olunub.
“Etibarlı Tərəfdaş Konsepsiyası”nın Tədbirlər Planına uyğun olaraq reallaşdırılan təlimdə gömrük orqanlarının bu sahədə həyata keçirdikləri tədbirlərin əhəmiyyətindən bəhs olunub, gömrük əməkdaşları tərəfindən qanunvericilik və praktiki tətbiqə dair təqdimatlar nümayiş etdirilib.
Təlimin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi