Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri arasında görüşlər keçirilib
Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri arasında görüşlər keçirilib
Avqustun 19-da Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən “Qırmızı Körpü” və “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqələrində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sayının artımı və bunun nəticəsində yaranmış növbələrin aradan qaldırılması məqsədilə Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri arasında görüşlər keçirilib.
Görüşlər zamanı nəqliyyat vasitələrinin buraxılış sayının artırılıması və sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsinin təmin edilməsi barədə müzakirələr aparılıb.
Görüşlərin nəticəsi olaraq yük nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqələrində yaranmış növbələrinin operativ şəkildə tənzimlənməsi, eləcə də sərhədkeçmə zamanı qarşıya çıxan məsələlərin müqabil tərəfin aidiyyəti nümayəndələri ilə qarşılıqlı koordinasiya əsasında həlli razılaşdırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi