Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən siqaretlər aşkar olunub

Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən siqaretlər aşkar olunub

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində xeyli sayda siqaretlərin gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

İstanbul-Bakı aviareysi ilə gələn iki sərnişinin əl və baqaj yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Yoxlama zamanı gömrük orqanlarına bəyan edilməyən və üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma olmayan müxtəlif markalı 22 000 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Avqust 2026 10:37
195