Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

"Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsində Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid Hüseynov və İrşad Əsgərxanlı ilə görüş keçirilib.

Görüşdə Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, gələcək inkişaf perspektivləri və burada gömrük tənzimlənməsinin xüsusiyyətləri barədə xüsusi təqdimat əsasında məlumat verilib.

Görüş çərçivəsində qonaqlar Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsində fəaliyyətin təşkili ilə yaxından tanış olublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Avqust 2026 09:38
195