Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarına növbəti təlim keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarına növbəti təlim keçirilib

Dövlət Gömrük Komitəsi tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları üçün növbəti təlim keçirilib.

Bakı Beynəlxalq Dəniz Limanında təşkil olunan təlim Səlahiyyətli İqtisadi Operator (SİO) statusunun əldə edilməsinə hazırlığın təmin edilməsi, SİO statusu üçün müəyyən edilmiş tələblər barədə məlumatlılığın artırılması və bu istiqamətdə metodiki dəstəyin göstərilməsi məqsədilə təşkil olunub.

Təlim zamanı gömrük nəzarətindən keçirilməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə, binalara, gömrük anbarlarına və digər yerlərə gömrük baxışının keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib.

Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təlimçi qismində iştirak etdiyi tədbir nəzəri və praktiki olmaqla iki mərhələdə keçirilib.

Nəzəri hissədə keşik çəkmə (patrulluq) və müşahidənin təşkili, həmçinin Azərbaycan Respublikasının gömrük ərazisində bir gömrük orqanından digərinə daşınan malların və nəqliyyat vasitələrinin təyinat yerinə çatdırılmasına nəzarətin həyata keçirilməsi məqsədilə qlobal mövqe təyinetmə sistemindən (GPS) istifadə qaydaları izah olunub.

Təlimin praktiki hissəsində isə real konteyner üzərində gömrük plombunun və GPS qurğusunun tətbiqi əyani şəkildə nümayiş etdirilib.

Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Avqust 2026 17:02
195