Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sahibkarlarla növbəti görüş keçirilib

Sahibkarlarla növbəti görüş keçirilib

Astara Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib.

Görüş gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrlə bağlı xarici ticarət iştirakçılarını məlumatlandırmaq, həmçinin onların təklif və rəylərini öyrənmək məqsədilə təşkil olunub.

Tədbirdə “Gömrük orqanlarında hüquqpozmaların profilaktikası üzrə fəaliyyətin təşkilinə dair” Metodika barədə məlumat verilib, bu sahədə həyata keçirilən mübarizə tədbirləri, qanunvericilik bazasındakı təkmilləşdirilmələrdən bəhs edilib, sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Sentyabr 2026 11:36
195