Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sahibkarlarla növbəti görüş keçirilib

Sahibkarlarla növbəti görüş keçirilib

Biləsuvar Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib.

Görüşdə Rəqəmsal Gömrük Dəyəri və “Azərbaycan Respublikasının gömrük orqanlarında hüquqpozmaların profilaktikası üzrə fəaliyyətin təşkilinə dair” Metodika barədə məlumat verilib, eləcə də mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Sonda sahibkarları maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəyləri dinlənilib, suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 Sentyabr 2026 11:52
195