DGKA magistrlərindən beynəlxalq uğur
DGKA magistrlərindən beynəlxalq uğur
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Litvanın Mikolas Romeris Universitetinin (MRU) ikili dərəcəli magistr proqramının ilk tələbələri təhsilini uğurla başa vuraraq məzun olublar.
Belə ki, 2022-ci ildə Akademiyanın “Hüquqşünaslıq” ixtisasının “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul olan Rafiq Hüseynov və Hüseyn Quliyev 2024-cü ildə DGKA-MRU birgə proqramına seçilərək təhsillərini Litvada davam etdiriblər. Onlar proqramı uğurla başa vuraraq MRU-nun “Avropa və Beynəlxalq Biznes Hüququ” üzrə magistr diplomunu əldə ediblər.
Təhsil dövründə yaradılmış beynəlxalq akademik imkanlardan faydalanan magistrlər, eyni zamanda, ikili dərəcə proqramı çərçivəsində Fransanın Savoy Monblan Universitetində (Savoie Mont Blanc University) də bir semestrlik təhsil proqramını tamamlayıblar. Bununla da, onlar növbəti mərhələdə həmin universitetin hüquq sahəsi üzrə müvafiq magistr diplomunu da əldə edərək eyni təhsil müddətində üç ölkənin - Azərbaycan, Litva və Fransa universitetlərinin rəsmi magistr diplomlarına yiyələnəcəklər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi