Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Şahtaxtı” gömrük postunda maarifləndirici tədbir keçirilib

“Şahtaxtı” gömrük postunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları barədə zəruri biliklərin çatdırılması olub.

Tədbirdə fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hallar, fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi tələbləri, dəm qazı təhlükəsindən qorunma yolları, taxıl sahələrində, habelə meşə ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinin və Dövlət Yanğından Mühafizə hissələrinin 101 xidmət nömrəsinin təyinatı barədə ətraflı məlumat verilib.

İnteraktiv formada keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Sentyabr 2026 17:30
195