MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
Sentyabrın 23-də Belarus Respublikasının Brest şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 83-cü iclası keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclasda MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 82-ci iclasında qəbul edilmiş qərarların icra vəziyyəti, eləcə də gömrük nəzarəti proseslərində istifadə olunan informasiya texnologiyaları və proqram vasitələri, perspektiv rəqəmsal həllər, inspeksiya-baxış komplekslərindən istifadə üzrə qabaqcıl təcrübələrə dair müzakirələr aparılıb.
Tədbir çərçivəsində, həmçinin MDB-nin xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun təsnifatı, fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün nəzərdə tutulan ayrı-ayrı kateqoriyalı malların keçirilməsi qaydaları, transsərhəd elektron ticarət məsələləri, o cümlədən gömrük işinin müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılaraq bir sıra prioritet istiqamətlər müəyyən edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi