Sahibkarlarla növbəti görüşlər keçirilib
Sahibkarlarla növbəti görüşlər keçirilib
Xaçmaz Gömrük İdarəsində və “Şirvan” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib.
Görüşlər gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrlə bağlı xarici ticarət iştirakçılarını məlumatlandırmaq, həmçinin onların təklif və rəylərini öyrənmək məqsədilə təşkil olunub.
Tədbirlərdə “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun, o cümlədən gömrük rəsmiləşdirilməsinə dair yeniliklər barədə məlumat verilib. Eyni zamanda gömrük orqanları tərəfindən təqdim edilən digər layihələrdən bəhs edilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi