Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Anım Günü ilə bağlı tədbirlər keçirilib

Anım Günü ilə bağlı tədbirlər keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük orqanlarında, eləcə də tabeli qurumlarında anım tədbirləri təşkil olunub.

Tədbirlər ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, şanlı qəhrəmanlıq salnaməsindən ətraflı söhbət açılıb. Çıxış edənlər Vətən müharibəsində rəşadətli ordumuzun 44 gün ərzində misilsiz şücaət göstərərək 30 illik işğala son qoyduğunu, Azərbaycan xalqı var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.

Tədbir çərçivəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş sənədli videoçarxlar nümayiş etdirilib.

Anım Günü ilə əlaqədar Zəfər Abidəsi, Zəfər Muzeyi və şəhid ailələri ziyarət olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Sentyabr 2026 17:03
195