Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev çıxış edərək ticarətin asanlaşdırılması, gömrük əməliyyatların sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi, xidmət səviyyəsinin, şəffaflığın yüksəldilməsi istiqamətində atılan addımlar və hədəflər barədə məlumat verib.

Daha sonra biznes nümayəndələrini maraqlandıran aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Sentyabr 2026 17:40
195