Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Əsas
Faydalı
Xəbərlər
Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Sentyabrın 28-də Göygöl rayonunda keçirilən Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası çərçivəsində Dövlət Gömrük Komitəsi ilə Gürcüstan Gəlirlər Xidməti arasında ikitərəfli görüş keçirilib.
Görüşdə gömrük sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib. Xüsusilə sərhəd-keçid məntəqələrində əməkdaşlığın gücləndirilməsi, tranzit prosedurlarının təkmilləşdirilməsi, elektron məlumat mübadiləsinin genişləndirilməsi və gömrük xidmətləri arasında operativ qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
28 Sentyabr 2026 16:06