Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Strateji Ticarətə Nəzarətin Təmin Edilməsi Proqramı çərçivəsində təlim keçirilir

Strateji Ticarətə Nəzarətin Təmin Edilməsi Proqramı çərçivəsində təlim keçirilir

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində gömrük orqanlarının vəzifəli şəxsləri üçün ÜGT-nin Strateji Ticarətə Nəzarətin Təmin Edilməsi (STCE) Proqramı çərçivəsində təlim öz işinə başlayıb.

Təlimin məqsədi gömrük əməkdaşlarının strateji ticarət və nəzarətə dair bilik və bacarıqlarını artırmaq, eləcə də beynəlxalq təcrübəni bölüşməkdir.

Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov, ÜGT-nin Avropa Regional Ofisinin rəhbəri Antonio Lo Parco və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin əməkdaşı Kelli Vud çıxış edərək strateji ticarət və nəzarət, kütləvi qırğın silahları və onun hissələrinin qeyri-qanuni dövriyyəsi, eləcə də qanuni ticarətə yaradılan maneələrə dair fikirlərini bölüşüb, bu sahədə beynəlxalq əməkdaşlığın gömrük xidmətləri üçün əhəmiyyətini vurğulayıblar.

Oktyabrın 1-dək davam edəcək təlimdə ÜGT-nin ekspertləri Adam Vas və Burak Cihan Urkmez tərəfindən iştirakçılara strateji mallar və onların əhəmiyyəti, beynəlxalq hüquqi çərçivələr, kimyəvi maddələr, bioloji materiallar, radioaktiv və nüvə materialları, ikili təyinatlı materiallar, silahlar və hərbi avadanlıqlar və digər mövzularda məlumat veriləcək, praktiki məşğələlər keçiriləcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Sentyabr 2026 14:25
195