Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Gömrük-biznes əməkdaşlığı çərçivəsində Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüş gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrlə bağlı xarici ticarət iştirakçılarının məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub.
Tədbir zamanı Gömrük Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər xarici ticarət iştirakçılarının diqqətinə çatdırılıb, “Gömrük orqanlarında hüquqpozmaların profilaktikası üzrə fəaliyyətin təşkilinə dair” Metodika barədə məlumat verilib, bu sahədə həyata keçirilən mübarizə tədbirləri, qanunvericilik bazasındakı təkmilləşdirilmələrdən bəhs edilib, sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi