Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avropa regionu üzrə üzv dövlətlərin gömrük xidmətləri arasında xüsusi regional məsləhətləşmə görüşü keçirilib

Avropa regionu üzrə üzv dövlətlərin gömrük xidmətləri arasında xüsusi regional məsləhətləşmə görüşü keçirilib

Oktyabrın 6-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu üzrə üzv dövlətlərin gömrük xidmətləri arasında onlayn formatda xüsusi regional məsləhətləşmə görüşü keçirilib.

ÜGT-nin 2027-ci il üzrə Mövcud Vəziyyətin Qiymətləndirilməsi sənədi ilə bağlı məsləhətləşmələrin aparılması məqsədilə təşkil olunan görüşdə üzv ölkələrin nümayəndələri sənəddə əksini tapan məsələlərlə bağlı fikirlərini bildirib, təklif və rəylərini səsləndiriblər.

Qeyd edək ki, Mövcud Vəziyyətin Qiymətləndirilməsi sənədi ÜGT-nin növbəti 2028-2031-ci illər üzrə Strateji Planının hazırlanmasında əhəmiyyətli rola malikdir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Oktyabr 2026 16:12
195