Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlim keçirilib

Gömrük əməkdaşları üçün təlim keçirilib

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə edilməklə gömrük əməkdaşlarının peşəkarlığının yüksəldilməsi” mövzusunda təlim keçirilib.

Əməliyyat-İstintaq Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan təlimdə çıxış edənlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərdən, eləcə də Komitənin bu istiqamətdə gördüyü işlərdən ətraflı bəhs ediblər.

Daha sonra DGK Tibbi Xidmət İdarəsinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının mütəxəssisləri tərəfindən təqdimatlar əsasında iştirakçılara narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər, eləcə də nəqliyyat vasitələrinin və konteynerlərin yoxlanılması zamanı diqqət edilməli məqamlar, əsas trendlər, marşrutlar və digər mövzularda məlumatlar verilib.

Təlimin sonunda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Oktyabr 2026 11:15
195