Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib

"Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Oktyabrın 14-də Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov Mentorluq Proqramı çərçivəsində beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid Hüseynov və İrşad Əsgərxanlı ilə görüş keçirib.

Görüşdə ölkəmizdə gənc kadrların hazırlanması, fərdi inkişafı insiqamətində mühüm addımlar atıldığı vurğulanıb, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsində “Yüksəliş” müsabiqəsinin əhəmiyyətindən bəhs olunub.

Həmçinin görüş zamanı qaliblərin fərdi inkişaf planları, gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Oktyabr 2026 17:29
195