Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün növbəti peşə hazırlığı təlimləri başlayıb

Gömrük əməkdaşları üçün növbəti peşə hazırlığı təlimləri başlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük xidməti əməkdaşları üçün növbəti ilkin peşə hazırlığı təlimləri başlayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Komitənin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimlərin müasir tələblərə uyğun hazırlandığını və gömrük sahəsində aparılan təkmilləşdirilmələrin daha yüksək peşəkarlıq tələb etdiyini bildiriblər.

Təlim müddətində əldə olunacaq biliklərin praktiki fəaliyyətdə mühüm rol oynayacağı, əməkdaşların peşəkar inkişafının daim təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

Oktyabrın 12-də başlayan təlimlər noyabrın 20-dək davam edəcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

15 Oktyabr 2026 15:39
195