GUAM-ın Səlahiyyətli İqtisadi Operatorlar üzrə İşçi Qrupunun iclası keçirilib
GUAM-ın Səlahiyyətli İqtisadi Operatorlar üzrə İşçi Qrupunun iclası keçirilib
Moldovanın paytaxtı Kişineuda GUAM-ın Səlahiyyətli İqtisadi Operatorlar (SİO) üzrə İşçi Qrupunun üçüncü iclası keçirilib.
İclasda Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna gömrük administrasiyalarının, eləcə də GUAM Katibliyinin nümayəndələri iştirak edirlər
Tədbirdə GUAM-a üzv dövlətlər arasında SİO-ların qarşılıqlı tanınmasına dair yol xəritəsinin icrası ilə bağlı məlumatlar dinlənilib. Eyni zamanda SİO-ların qarşılıqlı tanınmasının biznes və gömrük orqanları üçün faydaları ilə bağlı müzakirələr aparılıb.
İclasda Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyev Azərbaycan gömrüyünün SİO və “Yaşıl Dəhliz” buraxılış sistemi barədə əldə etdiyi təcrübəyə dair təqdimatla çıxış edib.
Tədbir iştirakçılarının Moldova - Rumıniya sərhədindəki Leușeni-Albița sərhəd-keçid məntəqəsinə səfəri təşkil olunub. Burada nümayəndə heyətləri Avropa İttifaqı ilə SİO-nun qarşılıqlı tanınmasının praktik tətbiqi və Rumıniya ərazisində əlaqələndirilmiş nəzarət təcrübəsi ilə tanış olublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi