Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sığorta və logistika sektorunun nümayəndələri ilə görüş keçirib

Sığorta və logistika sektorunun nümayəndələri ilə görüş keçirib

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının və logistika-nəqliyyat sektorunun nümayəndələri arasında görüş keçirilib.

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyasının, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə beynəlxalq yükdaşımalar sahəsində sığorta təminatının genişləndirilməsi, daşıyıcıların peşə məsuliyyətinin sığortalanması, yük sığortası və beynəlxalq səfərlərə çıxan sürücülərin sığorta təminatı ilə bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, Orta Dəhliz, o cümlədən Şimal-Cənub dəhlizi vasitəsilə yükdaşımaların həcminin artması ilə yanaşı, bu sahədə risklərin düzgün idarə edilməsi, daşınan yüklərin və daşıyıcıların sığorta təminatının gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq nəqliyyat habına çevrilməsi istiqamətində həyata keçirilən siyasətin uğurla davam etdirilməsi üçün yerli sığorta bazarının imkanlarının genişləndirilməsi, beynəlxalq daşımaların tələblərinə cavab verən yeni sığorta məhsullarının hazırlanmasının əhəmiyyəti vurğulanıb.

Görüşdə sığorta məhsullarının tətbiqi, qiymətləri, təminat şərtləri və beynəlxalq yükdaşımalar zamanı yaranan risklərlə bağlı suallar ətraflı cavablandırılıb, sığorta bazarının mövcud imkanları və sektorun ehtiyaclarına uyğun məhsulların hazırlanması perspektivləri barədə izahat verilib.

İşçi qrup çərçivəsində səsləndirilən təkliflərin ümumiləşdirilməsi, nəqliyyat və logistika şirkətlərinin sığorta ehtiyaclarının müəyyənləşdirilməsi, mövcud məhsulların təkmilləşdirilməsi və yeni sığorta həllərinin hazırlanması istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Oktyabr 2026 15:07
195