Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov noyabrın 2-də saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi 25) Ağsu, İsmayıllı, Şamaxı və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Ağsu, İsmayıllı, Şamaxı və Göyçay rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi