Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı məsələlər müzakirə edilib

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı məsələlər müzakirə edilib

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Fuad Məmmədovun iştirakı ilə Biləsuvar və Astara gömrük idarələrində gömrük işinin səmərəliliyinin artırılması, xidmət səviyyəsinin, vətəndaş və sahibkar məmnunluğunun yüksəldilməsinə dair məsələlər müzakirə edilib.

Tədbirlər çərçivəsində sərhədkeçmə və rəsmiləşdirmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük nəzarətinin səmərəliliyinin, əməkdaşların bilik və bacarıqlarının daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələr verilib, həmçinin Biləsuvar və Astara dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə tanış olunub.

Eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri ilə təltif olunmuş  Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarına təltiflər təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Oktyabr 2026 18:49
195