Gömrük xidmətinin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi
Gömrük xidmətinin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi
Gömrük sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr bir sıra beynəlxalq qiymətləndirilmə hesabatlarında öz əksini tapıb. Müxtəlif beynəlxalq sorğuların və hesabatların nəticələri ölkəmizin institusional islahatlar və gömrük hüquqpozmalarına qarşı mübarizə istiqamətlərindəki mövqeyini əks etdirir.
İnstitusional islahatlar istiqamətində:
Avropa İttifaqının Biznes Mühiti Hesabatının 2025-2026-cı illər üzrə buraxılışında (EU Business Climate Report Azerbaijan 2025/26) ölkəmizin gömrük sahəsində həyata keçirdiyi institusional islahatları müsbət qiymətləndirilib.
Aparılan sorğunun nəticələrinə əsasən, Avropa şirkətləri tərəfindən Dövlət Gömrük Komitəsi həyata keçirilən institusional islahatlara görə ən səmərəli dövlət qurumlarından biri kimi ilk üçlükdə yer alıb (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dövlət Miqrasiya Xidməti və Dövlət Gömrük Komitəsi).
Hesabatda 2025-ci il və 2026-cı ilin birinci yarısında ölkədə həyata keçirilən institusional islahatlar arasında ilk sırada dövlət xidmətlərinin və gömrük əməliyyatlarının rəqəmsallaşdırılması qeyd olunmuşdur.
Gömrük hüquqpozmalarına qarşı mübarizə istiqamətində:
Ümumdünya Gömrük Təşkilatının “Qanunsuz Ticarət Hesabatı 2025” (Illicit Trade Report 2025) hesabatına əsasən, Azərbaycan qızıl və opioid qaçaqmalçılığı ilə mübarizədə hesabat təqdim edən ölkələr arasında ilk 7 ölkə, qiymətli daş qaçaqmalçılığı ilə mübarizədə isə ilk 3 ölkə arasında qərarlaşıb.
Hesabatda ölkələrin qanunsuz ticarətlə mübarizə sahəsindəki fəaliyyəti, o cümlədən müsadirə göstəriciləri və təqdim etdikləri məlumatlar əks olunur.