MDB üzv ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib
MDB üzv ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib
Tacikistanın Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 26-cı iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlının rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclas çərçivəsində tranzit gömrük prosedurunun saxta (qanunsuz) şəkildə başa çatdırılması faktlarının qarşısının alınması, gömrük ödənişlərindən yayınmanın aktual sxemləri, MDB dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mövcud vəziyyət və reallaşdırılan mübarizə tədbirləri, kinoloji xidmət, 2027-ci ildə həyata keçiriləcək tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı “Patfaynder-2” beynəlxalq xüsusi gömrük əməliyyatının təşkili, beynəlxalq poçt göndərişləri ilə daşınan qadağan olunmuş predmetlərin aşkar olunmasına yönəlmiş “Matrisa” analitik layihəsinin icrası və digər məsələlər müzakirə edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi