Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinq aparılıb

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinq aparılıb

Dövlət sərhədindən buraxılış məntəqəsində gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinq aparılıb.

Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən həyata keçirilən monitorinqlər çərçivəsində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində mal və nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışı və gömrük yoxlaması tədbirləri, həmçinin sərhədkeçmə prosesləri əyani şəkildə izlənilib.

Eyni zamanda monitorinq çərçivəsində gömrük nəzarəti, sərhədkeçmə prosesləri, yük və nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması ilə bağlı həyata keçirilən təkmilləşdirmələr və yeniliklər barədə ətraflı izahlar verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Noyabr 2026 09:20
195