Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı növbəti monitorinq keçirilib
Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı növbəti monitorinq keçirilib
Dövlət sərhədindən buraxılış məntəqəsində gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı daha bir monitorinq aparılıb.
Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən həyata keçirilən monitorinqlər çərçivəsində “Astara” və “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqələrində gömrük nəzarəti, sərhədkeçmə və qeydiyyat prosesləri ilə bağlı müşahidə və təhlillər aparılıb. Həmçinin mal və nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışı və gömrük yoxlaması tədbirləri əyani şəkildə izlənilib.
Monitorinq çərçivəsində gömrük nəzarəti, sərhədkeçmə prosesləri, yük və nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması ilə bağlı həyata keçirilən təkmilləşdirmələr və yeniliklər barədə şəxsi heyətlə fikir mübadiləsi aparılıb, ətraflı izahlar verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi