Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə gömrük-biznes əməkdaşlığı çərçivəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Gömrük əməkdaşları Gədəbəy rayonunda yerləşən Gədəbəy Mineral Suları Fabrikinin fəaliyyəti və istehsalat prosesi ilə tanış olublar.

Görüş çərçivəsində gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, “Rəqamsal gömrük dəyəri sistemi”, Gömrük Məcəlləsində edilən əlavə və dəyişikliklər, həmçinin sahibkar və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən digər layihələrdən bəhs edilib.

Yekunda idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Noyabr 2026 10:43
195