Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı növbəti monitorinq keçirilib

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı növbəti monitorinq keçirilib

Dövlət sərhədindən buraxılış məntəqəsində gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı növbəti monitorinq aparılıb.

Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən aparılan monitorinqin məqsədi Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda gömrük nəzarəti, sərhədkeçmə, qeydiyyat, yük və nəqliyyat axınlarının idarəolunması proseslərini əyani şəkildə müşahidə edərək mövcud vəziyyəti yenidən təhlil etmək, nəticələrə əsasən əməliyyatların daha da asan və sürətli şəkildə reallaşdırılması üçün müvafiq addımların atılmasını təmin etməkdir.

Monitorinq çərçivəsində, həmçinin gömrük nəzarəti, sərhədkeçmə prosesləri, yük və nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması ilə bağlı həyata keçirilən təkmilləşdirmələr və yeniliklər barədə şəxsi heyətlə fikir mübadiləsi aparılıb, ətraflı izahlar verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Noyabr 2026 15:19
195