Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

“Poçt və Ekspres Daşımalar” Gömrük Postunda xarici ticarət iştirakçıları ilə görüş keçirilib. “Poçt və ekspres daşımalar sahəsində gömrük prosedurlarının təkmilləşdirilməsi: sahibkarların qarşılaşdığı aktual məsələlər və əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən görüş gömrük-biznes əməkdaşlığının inkişaf etdirilməsi, biznes subyektlərinin məlumatlılığının artırılması, gömrük rəsmiləşdirilməsi zamanı qarşıya çıxan məsələlərin birgə müzakirəsi məqsədilə təşkil olunub.

Görüş zamanı gömrük bəyannamələrinin düzgün doldurulması, invoys və digər müşayiətedici sənədlərdə məlumatların tamlığı və düzgünlüyü, alıcı və göndərici məlumatlarının dəqiq qeyd edilməsi, eləcə də malların adı, təsviri, miqdarı və dəyərinin düzgün bəyan olunması məsələləri müzakirə edilib.

İnteraktiv müzakirələrlə davam edən görüşdə sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Noyabr 2026 17:09
195