Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Xeyli miqdarda dərman vasitələri aşkar edildi
Xeyli miqdarda dərman vasitələri aşkar edildi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitəsinin gömrük nəzarətindən yayındırılması cəhdinin qarşısını alıblar.
Moskva-Bakı reysi ilə gələn Rusiya Federasiyası vətəndaşının baqaj və əl çantaları üzərində gömrük nəzarəti tətbiq edilib.
Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə edildiyindən vətəndaşa məxsus baqaj və əl çantaları gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı çantalardan gömrük orqanına bəyan edilməyən 5 adda 9900 həb və 250 iynədən ibarət dərman vasitələri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
27 Noyabr 2026 16:06